Ucarda qaz xətti zədələndi- 11 kənd qazsız qaldı
Hadisə
18.02.2026 22:50
Ucarda yanğın zamanı qaz xətti zədələnib.
TodayPress TV xəbər verir ki, Ucar Xidmət Sahəsi üzrə rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini qazla təmin edən “Ucar” QPS-dən qidalanan PE 315 millimetrlik yeraltı qaz xəttinin Qulabənd kəndi ərazisində qamışlıq sahədən keçən hissəsi naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.
Bununla əlaqədar həmin qaz xətti üzrə təbii qazın verilişi dayandırılıb.
Qaz təchizatının dayandırılması nəticəsində 3049 abonentin qaz təminatında fasilə yaranıb.
Xəttin bərpası məqsədilə əraziyə işçi qüvvə və xüsusi texnika cəlb edilib, hazırda təmir-bərpa işləri aparılır.
tag: Ucar, Qaz, Xətt, Qəza, todaypress.tv,
Şirkətdən 7 min manatlıq oğurluq oldu, 2 mühafizəçi saxlanıldı
14.10.2025
Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.TodayPress TV DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki,...
Qurban Sadıqova ağır itki
29.11.2025
Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqova ağır itki üz verib.TodayPress TV xəbər verir ki, onun anası N...
Salyanda ev yanaraq kül oldu
02.04.2026
Salyan rayonunda yanğın hadisəsi baş verib.TodayPress TV xəbər verir ki, hadisə rayonun Şəkərli kəndində qeydə alınıb.Kə...
Evdən 29 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı
25.01.2026
Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və...
Mingəçevirdə kişi bıçaqlandı
02.06.2025
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.TodayPress TV xəbər verir ki, 42 yaşlı şəhər sakini Fəxri Salahbanov...
İtkin düşən 11 nəfər tapıldı
21.07.2025
İyulun 19-da və 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tə...
"Pilot Residence" MTK ilə sakinlər arasında məhkəmə mübahisəsi bitdi
24.02.2026
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "P...
Astarada külli miqdarda narkotik ələ keçirildi
22.07.2025
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda...
Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
07.07.2025
Bakı Hərbi Məhkəməsində iyulun 7-də davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəs...
Ov silahı ilə qətl törədən şübhəli saxlanıldı
26.03.2026
Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.Daxil...
