ABŞ Ukraynaya Donbasdan geri çəkilmək müqabilində NATO üzvlüyünü təklif etdi - Zelenski

ABŞ Ukraynaya Donbasdan geri çəkilmək müqabilində NATO üzvlüyünü təklif etdi - Zelenski
14.11.2026 14:31 Dünya

ABŞ nümayəndələri son diplomatik danışıqlar zamanı Ukraynaya Donbas regionundan hərbi qüvvələrini çıxarmaq qarşılığında NATO-ya üzvlük imkanını müzakirəyə çıxarıblar.

TodayPress TV-nin xarici KİV-ə istinadən məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində açıqlayıb.

Zelenskinin sözlərinə görə, Vaşinqton rəsmiləri bu məsələni diplomatik təmaslarda ilk dəfə qaldırıblar.

Ukrayna lideri Kiyevin suveren ərazilərindən geri çəkilmək və onları təhvil vermək niyyətində olmadığını vurğulayıb. Bununla yanaşı, o bildirib ki, NATO üzvlüyü, hüquqi qüvvəyə malik təhlükəsizlik zəmanətləri və ölkənin yenidən qurulması üçün maliyyə dəstəyini nəzərdə tutan konkret təklif irəli sürülərsə, məsələ Ukrayna cəmiyyətinin müzakirəsinə təqdim edilə bilər.

Zelenski qeyd edib ki, belə bir qərarı təkbaşına qəbul etmək hüququnu özündə görmür və yekun mövqe xalqın rəyi əsasında müəyyənləşdirilməlidir. O, ABŞ-ın digər NATO müttəfiqləri ilə birlikdə konkret təminatlar verməsinin vacibliyini diqqətə çatdırıb.

Prezident əlavə edib ki, hazırda təklifin detalları müəyyənləşməyib və müzakirələr davam edir.

Dövlət başçısı bir daha bəyan edib ki, Ukrayna işğal altında olan ərazilərin Rusiyanın ərazisi kimi hüquqi tanınmasına razı olmayacaq.

Onun sözlərinə görə, belə bir təklif gündəmə gələrsə, məsələ ilə bağlı cəmiyyətlə açıq müzakirə aparılacaq, tərəfdaşların mövqeyi və gələcək üçün nəzərdə tutulan yanaşmalar ictimaiyyətə təqdim ediləcək. Bununla belə, ərazilərin Rusiyanın tərkib hissəsi kimi tanınması heç bir halda müzakirə predmeti olmayacaq.

TodayPress TV

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər