Gəncədə türkiyəli iş adamının evdə meyiti tapıldı

Gəncədə türkiyəli iş adamının evdə meyiti tapıldı
05.03.2026 23:53 Hadisə

Gəncədə xarici şirkətlərdən birinin rəhbəri vəfat edib.

TodayPress TV  "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yaşayış massivindəki binalardan birində baş verib.

Türkiyə Respublikasının vətəndaşı olan 1986-cı il təvəllüdlü Mustafa Karabelanın yaşadığı evdə meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin versiyaya görə, 40 yaşlı iş adamı ürək tutmasından dünyasını dəyişib. Mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən şirkətlərdən birinin Azərbaycandakı filialının rəhbəri olub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər