Gəncədə 38 yaşlı kişi bıçaqlandı

Gəncədə 38 yaşlı kişi bıçaqlandı
19.02.2026 20:13 Hadisə

Gəncə şəhər sakini bıçaq xəsarəti alıb.

TodayPress TV-nin məlumatına görə, 1988-ci il təvəllüdlü E. Katibli bud nahiyəsindən və başından kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

38 yaşlı kişiyə dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə bıçaq xəsarəti alması hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər