Cəbrayılda açıq ərazidə yanğın baş verdi
Cəbrayılın Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
Bu barədəFövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən TodayPress TV-yə məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.