Biləsuvarda traktor yandı

Biləsuvarda traktor yandı
11.10.2025 23:00 Hadisə

Biləsuvarda qoşqusunda pambıq olan traktorda yanğın baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "Belarus" markalı traktorun qoşqusunda qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın nəticəsində qoşquya yığılan 1,5 ton pambığın 30 kiloqramı yanıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər