Ağdamda qəza - Yaralananlar var

Ağdamda qəza - Yaralananlar var
11.10.2025 22:30 Hadisə

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun rayonun Quzanlı qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2106" və "Lada-Xəzər" markalı ikiminik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər