35 yaşlı qadını ilan sancdı

35 yaşlı qadını ilan sancdı
30.07.2025 22:35 Hadisə

Samux sakinini ilan sancıb.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cu il təvəllüdlü  Qafarova həyatyanı sahəsində  işləyərkən onu ilan sancıb.

Xəstə dərhal  xəstəxanaya  yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər