Zelenski və Uitkoff Parisdə ikitərəfli görüş keçirdi

Dünya

04.09.2025 17:01

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Parisdə ikitərəfli görüş keçirib.

TodayPress TV  xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

“Zelenski Uitkoffla görüşə yollandı. Görüş artıq başa çatıb”, - deyə Nikiforov jurnalistlərə bildirib.

Görüşün detalları açıqlanmayıb. Lakin “Obşestvennoye” nəşri Yelisey sarayındakı mənbələrinə istinadən yazıb ki, Zelenski ilə Uitkoffun Parisdəki bu görüşü 18 avqustda Vaşinqtonda keçirilən danışıqların davamı olub.

Bundan əvvəl Parisdə Uitkoffla həmçinin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da görüşərək Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin praktiki icrasını müzakirə ediblər.

Töhfə Səməd

TodayPress TV

tag: Ukrayna , Volodimir Zelenski,ABŞ , Stiv Uitkoff,Todaypress.tv,