Almaniya: Ukraynaya "Taurus" un verilməsi hələ açıq qalır

Dünya

19.06.2025 11:40

Almaniyanın xarici işlər naziri Yoxann Vadeful Ukraynaya uzaqmənzilli "Taurus" raketlərinin göndərilməsi məsələsinin hələ də açıq qaldığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Vadeful "Bild" qəzetinə verdiyi müsahibədə danışıb.

Nazir vurğulayıb ki, Berlin Rusiyaya nə etməyə hazırlaşdığını əvvəlcədən bildirmək niyyətində deyil:

“Putin bilməməlidir ki, biz Berlindən nə edəcəyik”.

Vadefulun sözlərinə görə, Moskva anlamalıdır ki, Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək.

“Ukrayna Almaniyaya arxalana bilər. Biz onu həm hərbi, həm də iqtisadi baxımdan elə bir mövqeyə gətirəcəyik ki, bu müharibəni uduzmasın, əksinə, qalib gəlib öz torpaqlarını qoruya bilsin və nəticədə məntiqli danışıqlara girə biləcək gücdə olsun”, – deyə o əlavə edib.

Qiymət Mahir

tag: Almaniya,Ukrayna,Berlin ,Rusiya,Todaypress.tv,