Peskov: "Rusiya və Ukrayna “daha ​​ciddi” razılaşmalar əldə edə bilərlər"

Dünya

19.06.2025 16:34

Rusiya və Ukrayna arasında əldə edilən humanitar razılaşmalar gələcəkdə daha genişmiqyaslı siyasi danışıqlara keçid üçün zəmin rolunu oynaya bilər.

TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

O, 2022-ci ildə İstanbulda iki ölkənin nümayəndələri tərəfindən paraflanmış razılaşmalar əsasında münaqişəyə son qoymaq imkanı olduğunu xatırladıb.

Peskovun sözlərinə görə, həmin dövrdən bu günə qədər Ukraynanın mövqeyi ciddi şəkildə zəifləyib və tərəflər arasında qarşılıqlı inamsızlıq daha da dərinləşib:

“Son üç ildə qarşılıqlı etimad səviyyəsi inanılmaz dərəcədə aşağı düşüb. Lakin bu cür humanitar razılaşmalar birbaşa etimadı olmasa belə, tərəflərin daha ciddi razılaşmalara hazırlıq potensialını artırır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qiymət Mahir

tag: İstanbul,Rusiya,Ukrayna,Dmitri Peskov,Todaypress.tv,