Zelenski və Merts “Taurus” ilə bağlı açıqlama verməyəcək
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə “Taurus” raketlərinin Ukraynaya tədarükü məsələsini açıq şəkildə müzakirə etməmək barədə razılığa gəldiklərini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Zelenskinin sözlərinə istinadla məlumat yayıb.
Zelenski qeyd edib ki, təkbətək görüş zamanı bu mövzu gündəmə gəlib, lakin Mertslə razılaşmaya əsasən, məsələ ilə bağlı detalları açıqlamamaq öhdəliyini götürüb.
"Biz bu istiqamətdə işləyirik, lakin indi hər hansı təfərrüat verə bilmərəm. Mən kanslerə bu barədə söz vermişəm və sözümə əməl edirəm", – Zelenski bildirib.
Türkan İsgəndərli