Zelenski: “Taurus” raketləri ilə bağlı detal açıqlaya bilmərəm”
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merts ilə “Taurus” raketlərinin mümkün tədarükü məsələsini ictimaiyyətə açıqlamamaq barədə razılığa gəldiklərini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukraina” nəşri məlumat yayıb.
Zelenski bu açıqlamanı Berlində kanslerlə təkbətək görüşdən sonra verib. Onun sözlərinə görə, görüş zamanı bir sıra həssas mövzuların — o cümlədən “Taurus” raketlərinin Ukraynaya verilməsi məsələsinin ictimai müzakirədən kənarda saxlanılması qərara alınıb.
“Bu istiqamətdə iş gedir, lakin hazırda heç bir detal açıqlaya bilmərəm”, — deyə Zelenski əlavə edib.
Qiymət Mahir