Zelenski siyahıya düşdü, Mişustin siyahıdan düşdü
Ukrayna Prezidenti Volodimir Zelenski “yəhudi prezident və Ukrayna müqavimətinin simasına çevrilmiş şəxs” kimi dünyanın ən nüfuzlu yəhudiləri siyahısında 21-ci yerdə qərarlaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Siyahının ilk üç pilləsində ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner, İsrailin Baş naziri Benyamin Netanyahu, eləcə də İsrail müxalifətinin lideri Qadi Ayzenkot yer alıb.
Rusiyanın Baş naziri Mixail Mişustin isə 2025-ci ildə 18-ci sırada olduğu 50 ən nüfuzlu yəhudi siyahısına bu il daxil edilməyib.
Kübra Musayeva