Gürcülər tərəfindən oğurlanan tariximiz: Gəncə qapılarından başqa daha nələrimiz oğurlanıb?

Gürcülər tərəfindən oğurlanan tariximiz: Gəncə qapılarından başqa daha nələrimiz oğurlanıb?
26.09.2026 13:28 Təhlil

“Təxminən 20 il öncə Tiflisdə olanda şəhərin mərkəzində qazıntılar zamanı qədim şəhərin qalıqları üzə çıxmışdı. Həmin ərəfədə orada idim və qalıqları şəxsən görmüşəm. Tapılan şəhərin türklərə aid olduğu məlum olan kimi gürcülər dərhal oranın üstünü bağladılar, asfalt çəkib yol saldılar”.

Tarixçi Zaur Əliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.


O qeyd edib ki, Tiflis başdan-ayağa türk şəhəridir və Azərbaycan tarixinə aiddir:

“Oradakı şəhəri gəzdikcə buna əmin oldum. Gürcülər bu izi silmək üçün çar Rusiyası, Sovet dövrü və bu günün özündə də ciddi şəkildə saxtakarlıq edirlər. Belə saxtakarlıqlar ən çox Saakaşvili dövründə baş verib.

Toponim, oykonim və oymonimlər dəyişdirilir, abidələr, mədəni irsimizə aid hər şey gürcüləşdirilir. Hətta Narınqalada olan peşəkarlar da bilirlər ki, orada tikilən kilsə son 120 ilə aiddir və gürcülər qəsdən onu orada tikiblər ki, özlərinin “qədim” olmalarını “sübut” etsinlər.

Ata sümüyünə xəyanət edən gürcülər bilmirlər ki, bu gün dövlət kimi vardırlarsa, Burcuoğullarına və Nadir şaha borcludurlar. Görün, nə qədər bu gəlmə xalq irəli gedirsə, Keşikçidağ, Gümrük və digər abidələrə göz tikiblər. Onlar tarix boyu Azərbaycana aid hər şeyi oğurlamaqla məşğul olublar”.

Z. Əliyev bildirib ki, məşhur Gəncə qapıları ilə yanaşı, Gürcüstan muzeylərində və arxivlərində Azərbaycana məxsus dövlətçilik rəmzləri, epiqrafik abidələr, əlyazmalar və arxeoloji tapıntılar saxlanılır və bunlar açıq-aşkar oğurluq hesab olunur:

“Ancaq təkcə qapılar deyil, onların əlində bizdən oğurlanan yüzlərlə mədəni irsə aid əşya var. Onların, ilk növbədə, arxivlərində bizə aid minlərlə sənəd, əlyazma, ilkin qaynaq və nələr-nələr var. Avropada Səfəvi dövlətinin səfiri olan Oruc bəy Bayatın əlyazmaları uzun illər Tiflisdə məxfi qrif altında gizli saxlanılıb, biz onları üzə çıxarana qədər. XIX əsrdə xanlıqların işğalı və müharibələr dövründə döyüş meydanlarından qənimət kimi götürülən tarixi bayraqlar Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyində saxlanılır. 1902-ci ildə Şəkinin Dəhnə kəndində aşkar edilmiş, eramızın II əsrinə aid olan və üzərində yunanca yazı bulunan qəbirüstü daş abidə hazırda Tiflis Dövlət Tarix Muzeyində nümayiş etdirilir.

Naxçıvanın Duzdağ mədənindən tapılan və eramızdan əvvəl III–II minilliklərə aid olan qədim daş və sümük əmək alətlərinin bir qismi Tiflis muzeylərinə oğurlanaraq aparılıb.

Şeyx Səfi türbəsindəki zəngin kitabxana ruslar tərəfindən Tiflisə gətirilib və burada gizlədilir. Bu günə qədər də icazə vermirlər ki, onları tədqiq edək.

İrəvan Sərdar Sarayının nadir əşyaları və güzgüləri gürcülərin əlindədir. Azərbaycan xanlarının şəxsi kolleksiyalarına aid olan unikal hərbi qənimətlər gürcülərin əlindədir. Tayı-bərabəri olmayan Azərbaycan xalça və toxuculuq nümunələri də onların əlindədir”.

Tarixçi bildirib ki, hətta Azərbaycan qədim dövlətlərinə aid numizmatika nümunələri belə onlar tərəfindən oğurlanaraq aparılıb:

“Atropatena, Albaniya, Manna və digər tarixi dövlətlərimizə aid çox şey gürcülərin “işğalına” məruz qalıb. E.ə. II–I minilliklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin parçası olan tunc kəmərlər, bürünc fiqurlar, heyvan təsvirli qablar və qədim gil küplər elmi araşdırma bəhanəsi ilə Tiflisə daşınıb və geri qaytarılmayıb. İrəvan xanı Hüseynquluya məxsus taxt belə Sərdar Sarayından oğurlanıb Gürcüstana aparılıb. Daha dəhşətli fakt budur ki, XIX əsrdə çar mühəndisləri tərəfindən Şəki Xan Sarayında təmir və bərpa işləri aparılarkən sarayın divarlarındakı bəzi nadir miniatür rəsmlər divardan xüsusi üsulla qopardılaraq Gürcüstanda gizlədilib.

Marağa Rəsədxanasına və Azərbaycan xalqına məxsus qədim astronomiya əşyaları harada saxlanılır? Əlbəttə, oğru Gürcüstanda… Qafqaz Albaniyasına aid qeyri-adi “göz muncuqları” və tunc kəmərlər belə orada saxlanılır. Uzun illər BTC hesabına özlərinə həyat quran bu gürcülər Zəngəzur dəhlizi məsələsi ortaya çıxan kimi öz əsl sifətlərini ortaya qoydular. Bunlar elə bilirlər ki, biz sovet və ya çar Rusiyası dövründə qılınc, güllə və repressiya altında yaşayan xalqıq. Lakin onlar 44 və 23 saat rəqəmlərinin möcüzəsinə bir daha baxsalar, yaxşıdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər