Bu ölkə İrana uçuşların bərpası üçün ABŞ ilə danışıqlar aparır
İraq İran aviaşirkətlərinin uçuşlarına qoyulan qadağa ilə bağlı istisna əldə etmək məqsədilə ABŞ ilə danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə İraq Baş nazirinin ofisinin bəyanatında bildirilir.
Qeyd edilir ki, İraq hökuməti ABŞ tərəfi ilə birbaşa danışıqlar aparır:
"Bu istisna humanitar səbəblərə — o cümlədən tibbi müalicə, təhsil və dini məqsdəli səfərlərin bərpasına imkan verəcək".
Qeyd edək ki, bu həftədəm İraqın bütün hava limanları qadağanı tətbiq etməyə başlayıblar.