Zelenski: “Rusiyaya silah istehsalı üçün avadanlıq göndərənləri ifşa etdik”

Dünya

22.06.2025 15:45

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev Rusiyanın silah istehsalına xidmət edən xarici şirkətləri müəyyənləşdirərək tərəfdaş ölkələrə bu barədə məlumat verib. 

TodayPress TV xəbər verir ki, “İnterfaks-Ukrayna” agentliyinə istinadla çıxış edən Zelenski bildirib: 

“Bu sahədə ən çox şirkət Çinə məxsusdur – 52 şirkət. Bundan əlavə, Tayvandan 15, Almaniyadan 13, Çexiyadan 8, Cənubi Koreyadan 6, Yaponiyadan 3, Hindistandan 3 və ABŞ-dan isə bir şirkət Rusiyaya silah istehsalı üçün avadanlıq və komponentlər göndərir”.

Ukrayna lideri bu şirkətlərə təklif edib ki, sanksiyalardan yayınmamaq üçün sözügedən dəzgahları məsafədən deaktiv etsinlər: 

“Əgər bu sistemlər işləməsə, Rusiya üçün proses ləngiyəcək. Bu, faktiki olaraq Rusiyanın silahsızlaşdırılmasıdır”.

Zelenski həmçinin yaxın günlərdə Rusiyaya qarşı beynəlxalq sanksiya təzyiqlərini artırmaq məqsədilə yeni beynəlxalq təşəbbüslərin elan olunacağını bildirib. O, Ukraynada Rusiya ilə əməkdaşlıq edən və ya orada biznesi olan şəxslərə qarşı daxili sanksiyaların da sərtləşdiriləcəyini vəd edib.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,Rusiya,Sİlah,Todaypress.tv,