Türkiyə Rusiya-Ukrayna danışıqlarına yüksək səviyyədə qatıldı

Dünya

02.06.2025 16:02

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raunduna Türkiyə nümayəndə heyəti yüksək səviyyədə təmsil olunub. Görüşlərdə Türkiyənin xarici işlər naziri, milli kəşfiyyat rəhbəri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi iştirak edir.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, Türkiyə tərəfi danışıqlarda fəal vasitəçilik rolunu davam etdirir və regional sabitliyin bərpası üçün səylərini gücləndirir.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ikinci mərhələsi rəsmən start götürüb. Görüşlərin əsas gündəliyində atəşkəs, humanitar dəhlizlərin yaradılması və əsirlərin mübadiləsi kimi məsələlərin yer aldığı bildirilir.

Qiymət Mahir

tag: İstanbul,Rusiya,Ukrayna,Türkiyə,todaypress.tv,