Trampın çıxışı Ağ Evin saytından silindi

Dünya

22.05.2025 18:27

Ağ Ev öz saytından ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışından başqa bütün çıxışlarının stenoqramlarını silib.

TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Belə ki, “Remarks” bölməsində stenoqramlar əvəzinə Amerika liderinin müxtəlif çıxışlarının videoyazıları peyda olub.

Adı açıqlanmayan Ağ Ev rəsmisi jurnalistlərə bildirib ki, hökumət transkripsiyaçıları Trampın bəyanatlarını yazmağa və yazıya çevirməyə davam edirlər.

Bununla belə, administrasiya mətni video ilə əvəz etmək qərarına gəlib, çünki səlahiyyətlilərə görə, bu yolla vətəndaşlar lider haqqında daha dolğun və dəqiq təsəvvür əldə edəcəklər.

Mənbə onu da qeyd edib ki, stenoqramların yığışdırılması və videoçəkilişlərə keçid Ağ Evin saytında “vahidlik” yaratmaq məqsədi ilə həyata keçirilib.

Töhfə Səməd

tag: Ağ Ev,ABŞ,Tramp,Nitq,todaypress.tv,