Hamı Klimenkonu gözləyirdi, amma Zelenski elə birini seçdi ki…

Hamı Klimenkonu gözləyirdi, amma Zelenski elə birini seçdi ki…
16.07.2026 21:47 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti sədri Yevgeni Xmaraya müdafiə nazirinin vəzifələrini icra etməyi tapşırıb.

TodayPress TV xəbər verir ki, Xmaranın yeni müdafiə naziri təyin edilənədək bu vəzifənin səlahiyyətlərini icra edəcəyi bildirilir.

Məlumata görə, sabiq müdafiə naziri Fedorovun vəzifədən ayrılmasından sonra bu posta daxili işlər naziri İqor Klimenkonun təyin ediləcəyi gözlənilirdi. Lakin bu təyinat baş tutmayıb. İddialara əsasən, Klimenko sözügedən vəzifədən imtina edib.

Bildirilir ki, etiraz və narazılıqlara baxmayaraq, Prezident Volodimir Zelenski Fedorovu yenidən müdafiə naziri vəzifəsinə qaytarmayıb.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, müdafiə naziri vəzifəsini yalnız mülki şəxs tuta bilər. Yevgeni Xmara isə formal olaraq hələ də fəaliyyətdə olan hərbçidir. Bu səbəbdən onun təyinatı ilə bağlı hüquqi müzakirələrin davam edəcəyi istisna edilmir.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər