Zelenski bu gün Almaniyaya səfər edəcək

Zelenski bu gün Almaniyaya səfər edəcək
28.05.2025 10:12 Dünya

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Almaniyanın paytaxtı Berlində rəsmi səfər edəcək.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, səfərdə Almaniyanın Ukraynaya dəstəyi və atəşkəs üçün vasitəçilik səyləri müzakirə olunacaq.

Səfər kansler Fridrix Merts tərəfindən idarə olunacaq və Almaniya vaxtı ilə günorta hərbi mərasimlə başlayacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər