Zelenski ABŞ silahının Ukraynada hazırlanacağı tarixi AÇIQLADI
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalına ilin sonuna qədər başlanmasının mümkün olduğunu bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, bu istiqamətdə ABŞ ilə razılaşmalar əldə olunub və hazırda layihənin həyata keçirilməsi ilə bağlı məsələlər üzərində iş aparılır.
Zelenskinin sözlərinə görə, Ukraynada “Patriot” sistemlərinin istehsalının təşkili ölkənin müdafiə imkanlarının gücləndirilməsinə xidmət edəcək.