Zaxarova Maska sığınacaq verilməsi xəbərindən danışdı

Zaxarova Maska sığınacaq verilməsi xəbərindən danışdı
20.06.2025 15:34 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İlon Maska Rusiyada sığınacaq verilməsi təklifi barədə məlumatı yoxdur.

TodayPress TV xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində bildirib.

Zaxarova qeyd edib ki, yalnız internetdə yayılan məlumatlardan xəbərdardır və rəsmi şəkildə ona heç nə  bildirilməyib. 

Qeyd edək ki, Dövlət Duması sədrinin müavini Vladislav Davankov deyib ki, "Yeni Xalq" partiyası Maska sığınacaq verilməsi üçün Xarici İşlər Nazirliyinə müraciət edib və cavabın bir ay ərzində gələcəyi gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər