Zaporojye AES münaqişə bitənədək işə salınmayacaq
Zaporojyedə müvəqqəti işğal altında olan Atom Elektrik Stansiyasının (AES) münaqişə başa çatana qədər yenidən işə salınması mümkün deyil.
TodayPress TV "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə AEBA-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Mariano Qrossi məlumat verib.
“Nüvə təhlükəsizliyi ilə bağlı risklər qalmaqda davam etdiyindən stansiyanın istismarı hazırda qeyri-mümkündür. Bu məsələdə Rusiya tərəfi ilə razılaşma əldə olunub”, – deyə AEBA rəhbəri bildirib.
Qiymət Mahir