Yunanıstan Ukraynaya Patriot qarşılığında bu şərti irəli sürdü
Yunanıstan Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər vermək qarşılığında Kiyevdən Rusiya limanlarında dayanan Yunanıstan tankerlərinə hücum etməməyi tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko bildirib.
Onun sözlərinə görə, Afinanın təklifi istifadə müddəti başa çatmaq üzrə olan Patriot raketlərinin Ukraynaya verilməsini nəzərdə tutub. Lakin Kiyev bu şərti qəbul etməyib.
Qorbenko bildirib ki, Ukrayna hakimiyyəti qarşısında bu cür şərtlərin qoyulmasına ehtiyac yoxdur. Deputat Yunanıstan tərəfinə raketləri ya Ukraynaya verməyi, ya da utilizasiya etməyi təklif edib.
O, fikrini istehzalı şəkildə davam etdirərək raketlərin hissələrə ayrılaraq kulon hazırlanmasında istifadə edilə biləcəyini və boyunda daşına biləcəyini deyib.
Kübra Musayeva