Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketini sındırdı
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketinin qəbulu Yunanıstanın etirazı səbəbindən təxirə düşüb.
TodayPress TV xəbər verir ki, Afina Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qoyulması nəzərdə tutulan qadağanın Yunanıstanın "Dynagas" gəmiçilik şirkətinə ciddi zərər vuracağını bildirir.
Qeyd edək ki, Şirkət Arktikada hasil olunan Rusiya LNG-sinin daşınması üçün nəzərdə tutulmuş buzqıran LNG tankerlərinin istismarında ixtisaslaşıb.
Yunanıstan hökuməti hesab edir ki, bu cür yüksək ixtisaslaşmış gəmilər başqa marşrut və ya yük növü üçün qısa müddətdə istifadə oluna bilməz və qadağa şirkətə böyük iqtisadi itkilər yaradacaq.
Bununla yanaşı, Aİ-nin digər üzv dövlətləri Rusiyaya təzyiqin artırılması üçün bütün ölkələrin müəyyən iqtisadi itkilərə dözməli olduğunu müdafiə edir və istisnaların sanksiyaların effektivliyini zəiflədə biləcəyini bildirirlər.
Yaranmış fikir ayrılığı nəticəsində Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiya paketinin qəbulu gecikir. Paketdə Rusiya banklarına, hərbi sənaye ilə əlaqəli şirkətlərə qarşı yeni məhdudiyyətlər, həmçinin Rusiya neftinə tətbiq olunan qiymət tavanının sərtləşdirilməsi kimi tədbirlər də yer alır.
Jalə Rövşən