Yelisey sarayında müvəqqəti təyinat - Hökumətin yeni rəsmi nümayəndəsi kim oldu?

Yelisey sarayında müvəqqəti təyinat - Hökumətin yeni rəsmi nümayəndəsi kim oldu?
08.11.2026 06:10 Dünya

Fransanın ekoloji keçidi məsələləri üzrə nazir-deleqati Matye Lefevr müvəqqəti olaraq respublika hökumətinin rəsmi nümayəndəsi vəzifəsini icra edəcək.

TodayPress TV xəbər verir ki, bu batədə "Le Parisien" qəzeti məlumat yayıb.

Bildirilib ki, o, analıq məzuniyyətinə çıxan Mod Brejonu əvəz edəcək.

Nəşrin məlumatına görə, Lefevr hazırkı vəzifəsini saxlamaqla altı həftə ərzində Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin səlahiyyətlərini icra edəcək. Yelisey sarayında bunun hökumətdə kadr dəyişikliyi deyil, vəzifələrin müvəqqəti yenidən bölüşdürülməsi olduğu vurğulanır.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər