Makronun qaçış ssenarisi hazırdır - Fransa Prezidenti nədən qorxur?

Makronun qaçış ssenarisi hazırdır - Fransa Prezidenti nədən qorxur?
08.11.2026 10:56 Dünya

Fransa Prezidenti Emmanuel Makron üçün Parisdə Yelisey sarayının etirazçılar tərəfindən ələ keçirilməsi ehtimalına qarşı gizli bunker hazırlandığı iddia edilir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri fransalı jurnalist-təhqiqatçıların kitabına istinadən məlumat yayıb.

Məlumata görə, Makron üçün bunker 2018-ci ildə “sarı jiletlilər” hərəkatının etirazları zamanı hazırlanmağa başlanıb. Həmin vaxt prezident Le-Püi-an-Vele şəhərinə səfəri zamanı etirazçıların hücumuna məruz qalıb. Kitabın müəlliflərindən biri həmin hadisədən sonra hökumətin ciddi narahatlıq keçirdiyini bildirib.

Mənbəyə görə, Fransa rəsmiləri 2027-ci il prezident seçkilərindən sonra mümkün iğtişaşlara da hazırlaşırlar. Jurnalistlərin iddiasına əsasən, Marin Le Penin seçkilərdə qələbəsi sol radikal qrupların, şəhərətrafı ərazilərdə yaşayan gənclərin və kənd fəallarının küçə etirazlarına səbəb ola bilər.

Bundan başqa, Paris polisi genişmiqyaslı kiberhücum ehtimalına qarşı şifrəli smartfonlardan istifadə etmədən fəaliyyət göstərmək üzrə təlimlər keçirib. Fransanın xarici kəşfiyyat xidməti isə seçkilərə mümkün müdaxilə ssenarisini modelləşdirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər