Avropanı bürüyən bomba həyəcanı - Paris Prokurorluğu dərhal hərəkətə keçdi

Avropanı bürüyən bomba həyəcanı - Paris Prokurorluğu dərhal hərəkətə keçdi
08.11.2026 07:50 Dünya

Paris Prokurorluğu Fransa hava məkanında uçan təyyarələrə bomba qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırmaya başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Məlumata görə, istintaq çərçivəsində təhdidlərin müəlliflərinin xarici dövlətlərlə mümkün əlaqəsi də araşdırılır.

Fransanın Baş naziri Sebastyen Lekornunun ofisindən bildirilib ki, bütün Avropanı əhatə edən bu təhdidlərin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl "Aer Lingus" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Evre şəhərinə yönləndirilib.

Daha sonra isə Fransa hava məkanında uçan daha dörd təyyarə ilə bağlı oxşar məlumatlar daxil olub. Həmin təyyarələrdə istehkamçılar tərəfindən təhlükəsizlik yoxlamaları aparılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər