"Prezidentin dostları olmamalıdır" - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko prezidentlərin dostlarının olub-olmaması ilə bağlı danışdı
TodayPress TV xəbər verir ki, bu barədə o, sakinlər ilə görüşü zamanı danışıb.
Dövlət başçısı bildirib ki, prezidentin dostlarının olması çətindir. Onun sözlərinə görə, həyatında ona çox kömək etmiş tanışları var və o, bunu unutmur.
Lukaşenko qeyd edib ki, zaman keçdikcə dostlar insandan çox şey tələb etməyə başlayırlar. Belə münasibətlərdə bəzən başqalarının hesabına kiməsə kömək etmək tələbi yaranır ki, bu da korrupsiyaya gətirib çıxara bilər.
O, bunun özü üçün qəbuledilməz olduğunu vurğulayıb. Prezident əlavə edib ki, söhbət edə və vaxt keçirə biləcəyi yaxşı insanlar var, lakin o, hər zaman prezident olduğunu unutmur.
Lukaşenko insanlara kömək etməyin problem olmadığını, amma prezidentin hərəkətlərini çoxlu sayda insanın izlədiyini və hər kəsin kömək gözlədiyini bildirib. Onun fikrincə, bəlkə də dost adlandıra biləcəyi şəxslər heç vaxt xəyanət etməyəcək və dediklərini yerinə yetirəcək oğullarıdır.
Aysel Mətləb