Narazılıq rekordu 80 faizi ötdü... - Mertsin reytinqi niyə çökür?

Narazılıq rekordu 80 faizi ötdü... - Mertsin reytinqi niyə çökür?
08.11.2026 02:50 Dünya

Almaniya sakinlərinin federal hökumətin və şəxsən kansler Fridrix Mertsin fəaliyyətindən narazılıq səviyyəsi tarixi maksimuma yüksələrək 80 faizi ötüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti üçün INSA sosioloji institutunun keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 82 faizi Almaniya hökumət başçısının fəaliyyətindən narazıdır. Bu göstərici cari ilin oktyabr ayının əvvəli ilə müqayisədə 2 faiz bəndi artıb. İştirakçıların yalnız 13 faizi Mertsin fəaliyyətini müsbət qiymətləndirib.

Sosioloqlar bu nəticələri əhalinin həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirirlər. Belə ki, almanların 60 faizi hazırkı hökumətin hakimiyyətdə olduğu müddətdə şəxsi iqtisadi vəziyyətinin pisləşdiyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər