Yaxın Şərqdə müharibə nəzarətdən çıxır: Suriyadakı xüsusi əməliyyat mərkəzi vuruldu
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyada ABŞ-ın xüsusi əməliyyatlar komandanlıq mərkəzinə zərbə endirib
TodayPress TV xəbər verir ki, Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriyada ABŞ-ın xüsusi əməliyyatlar komandanlıq mərkəzinə zərbə endirib.
Bildirilib ki, hücum nəticəsində bir radar stansiyası və ABŞ-a məxsus olduğu iddia edilən bir neçə hərbi helikopter məhv edilib.
Bundan əvvəl İran KİV-i ABŞ Silahlı Qüvvələrinin əməliyyatlarına cavab olaraq Bəhreyn və Küveytdə yerləşən Amerika hərbi bazalarına da zərbələr endirildiyini xəbər vermişdi.
ABŞ Prezidenti Donald Tramp isə İrana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı göstəriş verənədək hücumların davam edəcəyini bəyan edib. Buna cavab olaraq Tehran bölgədəki ABŞ hərbi infrastrukturunu hədəfə alacağı ilə hədələyib.
İran Silahlı Qüvvələrinin bəyanatında bildirilib ki, Trampın İran obyektlərinə zərbə endirməklə bağlı təhdidləri reallaşacağı təqdirdə, bölgədə qalan bütün ABŞ hərbi obyektlərinə güclü zərbələr endiriləcək.
Nicat Osmanlı