Yaponiya nüvə sualtı qayıqları üçün hərəkətə keçir - Tarixi qərar gündəmdə
Yaponiya nüvə sualtı qayıqlarına keçidi nəzərdən keçirir.
TodayPress TV "Clash Report"a istinadən xəbər verir ki, Yaponiya hökuməti Təhlükəsizlik İcmalı çərçivəsində nüvə enerjisi ilə işləyən sualtı qayıqların əldə edilməsi imkanlarını araşdıracaq.
Qeyd edək ki, Yaponiyanın Atom Enerjisi Əsas Qanunu nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadəni nəzərdə tutur. Nüvə ilə işləyən sualtı qayıqların əldə edilməsi təşəbbüsü isə ölkənin mövcud nüvə siyasəti ilə bağlı hüquqi və siyasi müzakirələri gündəmə gətirir.
Jalə Rövşən