Venesuelada zəlzələdə ölənlərin sayı 5 min nəfəri ötdü

Venesuelada zəlzələdə ölənlərin sayı 5 min nəfəri ötdü
18.07.2026 12:00 Dünya

Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 5 069 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Jorge Rodriguez məlumat verib.

Xəsarət alanların sayı isə 16 740 nəfərdir.

İnfrastruktura dəymiş ziyanın aradan qaldırılması üçün Venesuela hökuməti Beynəlxalq Valyuta Fondundan 346 milyon dollar dəyərində vəsait alıb.

Qeyd edək ki, iyunun 24-də ölkənin mərkəzi və şimal-qərb hissəsində iki zəlzələ baş verib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər