Ukraynada əlverişsiz hava şəraitinə görə əhali işıqsız qaldı
Avqustun 7-də Ukraynada pis hava şəraiti səbəbindən 200-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, güclü külək və yağış nəticəsində 8 rayonda ümumilikdə 192 kənd və şəhərdə elektrik enerjisi verilişi dayandırılıb.
Ən çox zərər görən bölgələr, Kiyev, Jitomir, Vinnitsa, Xmelnitskidir. Yerli hakimiyyət hava ilə bağlı vəziyyəti nəzarətdə saxladığını bildirib.
Türkan İsgəndərli