Tüstü Trampın “sərhədlərini” keçdi - Ona da sanksiya tətbiq ediləcək

Tüstü Trampın “sərhədlərini” keçdi - Ona da sanksiya tətbiq ediləcək
18.07.2026 00:16 Dünya

ABŞ Prezidenti Donald Tramp Kanadada baş verən meşə yanğınlarının tüstüsünün bir sıra iri Amerika şəhərlərini bürüməsinə görə Ottavaya qarşı gömrük rüsumlarını artıracağı ilə hədələyib.

TodayPress TV xəbər verir ki, Tramp Kanadanı meşələri lazımi səviyyədə qorumamaqda və meşə qalıqlarını vaxtında təmizləməməkdə ittiham edib.

ABŞ liderinin sözlərinə görə, bu səbəbdən ölkəyə “çirkli, çirklənmiş və insan sağlamlığı üçün təhlükəli hava” daxil olur. O, ABŞ-də havanın keyfiyyətinin bu vəziyyətini “tamamilə qəbuledilməz” adlandırıb.

Tramp bildirib ki, Kanada yaranmış vəziyyətlə bağlı məsuliyyət daşımalı və bunun nəticələri ilə üzləşə bilər.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər