Türkiyəyə məxsus gəmi vuruldu: Ölənlərin sayı kəskin arta bilər
Odessa yaxınlığında Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus mülki gəmidə həlak olanların sayı 6 nəfərə çatıb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur.
TodayPress TV xəbər verir ki, "UNİAN" məlumat yayıb.
Bildirilib ki, gəmidə ümumilikdə 18 nəfər olub. Onlardan 8 nəfər xilas edilib, xilas olunanlardan 2-si müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Son məlumata görə, gəmidə daha 4 dənizçinin meyiti aşkarlanıb.
Nicat Osmanlı