Trampın yeni tarifləri qüvvəyə mindi
ABŞ Prezidenti Donald Trampın təsdiq etdiyi tariflər avqustun 7-də gecə yarısı qüvvəyə minib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp təsdiqləyib ki, ABŞ tarifləri avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib.
Xatırladaq ki, iyulun 31-də Tramp 60-dan çox ölkədən gələn mallara 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.
Aysel Mətləb