Trampın ticarət zərbəsi Kanadanı Avropaya apardı
Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarının nəticəsiz qalmasından sonra ölkəsinin Avropaya strateji dönüşünü sürətləndirir.
TodayPress TV xəbər verir ki, Karni Avropa liderləri ilə Kanada üçün Avropa İttifaqının tamhüquqlu üzvlüyündən və vahid bazarda iştirakdan daha aşağı səviyyədə olan “assosiativ üzv” statusunun yaradılması imkanını müzakirə edib.
Kanada və Avropa rəsmiləri enerji, kritik əhəmiyyətli faydalı qazıntılar, süni intellekt, yarımkeçiricilər, elmi araşdırmalar və müdafiə sahələrində Kanadanın 21 trilyon dollarlıq Avropa bazarı ilə daha sıx inteqrasiyasının yollarını araşdırırlar.
Mümkün tədbirlər arasında malların və işçi qüvvəsinin hərəkətinin asanlaşdırılması, infrastrukturun birgə inkişafı, texnoloji layihələrin həyata keçirilməsi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi də var.
Kübra Musayeva