Tramp Ukraynaya yardımı təzyiq alətinə çevirir

Tramp Ukraynaya yardımı təzyiq alətinə çevirir
10.07.2025 10:27 Dünya

ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı təzyiq vasitəsi kimi istifadə edərək prezident Volodimir Zelenskini Rusiya ilə danışıqlara başlamağa məcbur etmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Focus” jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonun Ukraynaya silah tədarükünü dayandırması əvvəlcədən planlaşdırılmış addımdır və Tramp bununla özünü “krizis meneceri” kimi təqdim etməyə çalışır.

Buna baxmayaraq, Tramp daha sonra Ukraynaya müdafiə xarakterli yardımın artırılacağını bildirib. Xüsusilə Patriot hava hücumundan müdafiə sistemləri üçün 10 raketin dərhal göndəriləcəyini və əlavə tədarük kanallarının axtarılmasına dəstək verəcəyini vəd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər