Tramp Tayvana hərbi yardımı dayandırdı

Tramp Tayvana hərbi yardımı dayandırdı
19.09.2025 09:53 Dünya

ABŞ Prezidenti Donald Tramp bu ilin yayında Tayvana göndərilməsi nəzərdə tutulan 400 milyon dollarlıq silah paketini təsdiqləməyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Washington Post” beş mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin iddiasına görə, qərar Vaşinqtonun Çinlə ticarət sazişi əldə etmək və Çinin sədri Si Cinpinlə görüş təşkil etmək cəhdləri ilə bağlıdır.

Ağ Ev isə açıqlamasında bildirib ki, Tayvana nəzərdə tutulan yardım paketi ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər