Tramp Suriya Prezidenti ilə görüşmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ilə görüşmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Bildirilib ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı baş tuta bilər.
Hazırda görüşlə bağlı planlar hazırlanır.
Aynur TAC