Tramp Şri-Lanka prezidentinin adını səhv yazdı: Diplomatik səhv gündəm oldu
ABŞ Prezidenti Donald Tramp Şri-Lankadan idxala 30 faiz gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı rəsmi məktubunda ölkə prezidentinin adını səhv yazıb.
TodayPress TV xəbər verir ki, bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Tramp 9 iyul tarixli rəsmi məktubda Şri-Lanka Prezidenti Anura Kumara Dissanayakənin adını “Aruna” kimi göstərib. Səhv ABŞ prezidentinin ağ evin rəsmi blankında və Truth Social sosial şəbəkəsində paylaşdığı məktubda yer alıb.
Qiymət Mahir