Tramp NASA-ya yeni rəhbər namizədini açıqlayacaq
ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda NASA-ya (Milli Aeronavtika və Kosmos İdarəsi) yeni rəhbər namizədini elan edəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Yaxın zamanda yeni namizədi açıqlayacağam”, – deyə Tramp qeyd edib və əlavə edib ki, həmin şəxs Amerikanı kosmosda daha yaxşı təmsil edəcək.
Tramp həmçinin vurğulayıb ki, daha əvvəl adı çəkilən namizəd – iş adamı və astronavt Cared Ayzekmanın namizədliyi artıq geri götürülüb.
Qiymət Mahir