Tramp indi də süni intellekt savaşına çıxdı - Hədəf bu ölkədir
ABŞ Prezidenti Donald Tramp süni intellektin inkişafını yavaşlatmaq çağırışlarını rədd edib.
TodayPress TV xəbər verir ki, “The Washington Post”un yazdığına görə, Tramp İrlandiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında ABŞ-nin süni intellekt sahəsində Çini qabaqladığını və bu üstünlüyü itirmək niyyətində olmadığını bildirib. Prezident süni intellekt yarışında liderliyin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
“Biz süni intellekt sahəsində Çindən öndəyik, dünyanın ən qabaqcıl ölkəsiyik. Mən istəyirəm ki, belə də qalaq. Çünki süni intellektdə kim qalib gəlsə, o da qalib gələcək”, – deyə Tramp bildirib.
Kübra Musayeva