Tramp Ağ Evin mətbuat katibi postuna kimi gətirir?
ABŞ Prezidenti Donald Tramp UFC prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
“Böyük Dana Uayta, qızğın döyüşçü və savaşçıya ABŞ Prezidentinin mətbuat katibi vəzifəsinin təklif olunduğunu bildirməkdən məmnunam”, – deyə Tramp vurğulayıb.
Aysel Mətləb