Tramp: “ABŞ İsrailin İrana son hücumunda iştirak etməyib”

Tramp: “ABŞ İsrailin İrana son hücumunda iştirak etməyib”
15.06.2025 10:45 Dünya

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrailin İrana qarşı 15 iyun gecəsi həyata keçirdiyi son hücumla Birləşmiş Ştatların heç bir əlaqəsi yoxdur. 

TodayPress TV xəbər verir ki, bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“ABŞ-nin bu gün İrana qarşı baş verən hücuma heç bir aidiyyəti yoxdur. Lakin biz İranla İsrail arasında asanlıqla razılıq əldə edə və bu qanlı münaqişəyə son qoya bilərik”, - deyə Ağ Evin rəhbəri bildirib.

Tramp həmçinin vurğulayıb ki, əgər İran ABŞ-yə hücum etməyə cəhd edərsə, Silahlı Qüvvələrinin görünməmiş miqyasda gücü ölkənin üzərinə yönələcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər