Tokayevdən Trampa cavab: Qazaxıstan ABŞ ilə dialoqa hazırdır

Tokayevdən Trampa cavab: Qazaxıstan ABŞ ilə dialoqa hazırdır
10.07.2025 11:09 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın 1 avqustdan Qazaxıstan mallarına qarşı tətbiq ediləcək 25 faizlik gömrük rüsumları ilə bağlı məktubuna cavab verib.

TodayPress TV xəbər verir ki, Tokayev Trampa ünvanladığı cavab məktubunda ikitərəfli ticarət münasibətlərinin qorunması üçün konstruktiv dialoqa hazır olduqlarını bildirib və kompromis əldə olunacağına inandığını ifadə edib.

Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“Prezident Kasım-Jomart Tokayev ölkəsinin konstruktiv dialoqu davam etdirməyə və ticarət məsələlərinə rasional yanaşma ilə həll yolları tapmağa hazır olduğunu təsdiqlədi".

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər