Tokayev Cənubi Koreyaya getdi

Tokayev Cənubi Koreyaya getdi
14.09.2026 09:08 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koreyalı həmkarı Li Çje Myonun dəvəti ilə Koreya Respublikasına dövlət səfəri edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onu Seul hava limanında Baş nazirin müavini, elm və informasiya-kommunikasiya texnologiyaları naziri Pe Gyon Xun qarşılayıb.

Tokayev Seula ötən gecə BRICS sammitində iştirak etdiyi Yeni Dehlidən birbaşa səfər edib.

Sentyabrın 15-də Seulda ali səviyyədə danışıqların keçiriləcəyi, bu zaman Qazaxıstan-Koreya genişləndirilmiş strateji tərəfdaşlığının möhkəmləndirilməsi perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Bundan əlavə, Prezidentin aparıcı Koreya şirkətlərinin rəhbərləri ilə görüşlərinin planlaşdırıldığı barədə də məlumat yayılıb.

Sentyabrın 16-da o, birinci "Mərkəzi Asiya - Koreya Respublikası" sammitinin işində iştirak edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər