Texasda daşqın nəticəsində ölənlərin sayı artdı

Texasda daşqın nəticəsində ölənlərin sayı artdı
10.07.2025 13:34 Dünya

Texas ştatında baş verən güclü daşqın nəticəsində azı 120 nəfər həyatını itirib. 

TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Daha əvvəl ölənlərin sayının 109 nəfər olduğu bildirilib. Hazırda 172 nəfər itkin düşmüş sayılır və onların axtarışı istiqamətində xilasetmə işləri davam etdirilir.

Daşqından ən çox zərər çəkən ərazi Ker qraflığı olub. Burada 59 böyük və 36 uşaq həyatını itirib.

ABŞ prezidenti Donald Tramp iyulun 11-də zərər çəkmiş bölgəyə səfər edəcəyini açıqlayıb. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər